11 Yanvar 2018 16:14
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ Dövlət Departamentinin amerikalıları Rusiyaya səfəri zamanı ehtiyatlı olmağa çağırması məsələsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, fikirlərini sosial şəbəkədə bölüşüb.

Kadırov ABŞ-ı dünyanın ən təhlükəli dövləti adlandırıb:
“Amerikalılar olan yerdə hər zaman müharibələr, münaqişələr və ölümlər olur. ABŞ Yaxın Şərqdə vəziyyəti mürəkkəbləşdirən əsas tərəfdir”.


Müəllif: Samir