12 Yanvar 2018 10:40
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) BMT-yə şikayət edib.

Teleqraf.com-un məlumatına görə, bu ölkənin BMT-dəki nümayəndəliyinin yaydığı məlumatda bildirilir ki, şikayət məktubu Baş katib Antonio Quttereşə çatdırılıb.

Qətər BƏƏ-yə məxsus döyüş təyyarəsinin hava sərhədini bir neçə dəfə pozmasından şikayətçidir. Olayın nə vaxt baş verdiyi açıqlanmır.

Qeyd edək ki, ötən il iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir terrorçulara yardım etməsi iddiası ilə Qətərlə diplomatik əlaqələri kəsib.


Müəllif: Samir