12 Yanvar 10:59

ABŞ Konqresində Prezident Donald Trampın qızı İvankanın dindirilməsi ilə bağlı təklif səsləndirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təklifi Konqresin nümayəndələr palatasının Kəşfiyyat komitəsinin rəhbərinin müavini Adam Şiff irəli sürüb:

“Düşünürəm ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi işi üzrə İvanka Trampın dindirilməsi çox vacibdir”.

ABŞ Nümayəndələr Palatası yanvarın 16-da Trampın keçmiş baş strateqi Stiven Bennonu dindirəcəyini də açıqlayıb.


Müəllif: Samir
Загрузка...