12 Yanvar 11:45
2 589

ABŞ Prezidenti Donald Tramp İranla bağlanmış nüvə sazişi ilə bağlı qərarını verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı adının açıqlanmasını istəməyən ABŞ prezidentinə yaxın mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, qərara əsasən, İranla bağlı nüvə sazişi davam etdiriləcək.

Qərarın gün ərzində açıqlanması gözlənilir.


Müəllif: Samir