25 Aprel 2014 19:50
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Fatu Bensuda Avromaydan günlərində Ukraynada baş vermiş cinayətləri araşdırmağa başlayıb.

Araşdırma 2013-cü ilin noyabr ayından 2014-cü ilin fevral ayına qədər olan dövrü əhatə edəcək.

Ukrayna BCM-in iştirakçısı olmasa da, məhkəmənin yurisdiksiyasını tanımaq hüququna malikdir. Buna görə də Kiyev məhkəmənin katibi German fon Hebelin adına müvafiq deklarasiya təqdim edib.

Ukraynanın yeni hakimiyyətinin sözlərinə görə, burada söhbət Kiyevdəki kütləvi qətllərdən gedir. BCM qətllərin təşkilinə görə günahı o vaxtkı ölkə prezidenti Viktor Yanukoviçin üzərinə qoyur.

/Anspress/


Müəllif: