12 Yanvar 2018 13:28
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa hökuməti Avropa Birliyindən çıxmaqla bağlı referendum keçirmək niyyətindədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Avropa Birliyi Şurasının sədri Donald Tusk deyib.

O, buna səbəb kimi Avropa Birliyində Polşaya maliyyə yardımının dayandırması ilə bağlı müzakirələrin aparılmasını göstərib:

“Hələ ki, Polşa AB-dən maliyyə yardımı alır. Fikrimcə, bu yardım kəsilsə, Polşa hökuməti təşkilatı tərk etməklə bağlı vətəndaşlarının mövqeyini dəstəkləyəcək”.

Qeyd edək ki, Avropa Komissiya artıq iki ildir Varşava tərəfindən keçirilən məhkəmə islahatlarını tənqid edir.

Komissiya hesab edir ki, bu islahatlar çərçivəsində qəbul olunan 13 qanun hüququn aliliyi prinsiplərini pozur.


Müəllif: Samir