13 Yanvar 2018 00:28
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının spikeri, Respublikaçılar Partiyasının üzvü Paul Ryan ölkə başçısı Donald Trumpın immiqrantlar barədə söylədiyi “iyrənc ölkələrdən gəlirlər” ifadəsini sərt tənqid edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Trampın sözlərinin çox uğursuz olduğunu deyib.
Paul Ryan qeyd edib ki, keçmişdə irlandiyalı babalarına da ABŞ-da xor baxılıb.

ABŞ Nümayəndələr Palatasının spikeri immiqrantların köçünü böyük bir hekayə kimi xarakterizə edib.
Paul Ryan doğma yurdu Sanesvildə yaşayan haitililərin möcüzəvi vətəndaşlar olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trumpın bəzi Latın Amerika və Afrika ölkələrindən gələn immiqrantları tənqid edib və iyrənc ölkələrdən gəldiklərini söyləyib. Onun bu fikri birmənalı qarşılanmayıb.


Müəllif: Teleqraf.com