13 Yanvar 2018 11:14
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Neçivan Bərzani Ərbil və rəsmi Bağdad arasında mövcud olan problemlərin həlli üçün katolik dünyasının ruhani lideri Papa Fransisklə görüşüb.

Teleqraf.com xəbər verir ki, baş nazir Papa ilə Vatikandakı Apostol Sarayında bir araya gəlib.

Görüş zamanı Neçivan Bərzani bölgədə yaranan problemlərin həlli üçün papadan dəstək istəyib.

Papa Fransisk Bərzaniyə İŞİD-in hücumları nəticəsində evlərini tərk edən insanlara, xüsusilə xristianlara qapılarını açdığı üçün təşəkkür edib.

Katolik dünyasının ruhani lideri bütün sualları dialoq və sülh vasitəsi ilə həllinin vacibliyini bəyan edib.


Müəllif: Cavad