13 Yanvar 2018 11:41
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Malatya şəhərində yerləşən Turqut Özal Muzeyindən mərhum prezidentə məxsus qol saatı və metal durbin oğurlanıb.

Teleqraf.com xəbər verir ki, İsmət İnönü Muzeyində isə saat, möhür və löhvə itib.

Malatyadakı muzeylərdə yoxlamalar aparan Mədəniyyət və Turizm Nazirliyinin müfəttişləri Turqut Özal və İsmət İnönünün muzeylərindən ümumilikdə 5 kolleksiyanın yoxa çıxdığını müəyyən ediblər.

İtən əşyalarla bağlı araşdırma aparılarkən bütün muzeylərə və kolleksionerlərə, hərrac mərkəzlərinə xəbərdarlıq edilb.


Müəllif: Cavad