14 Yanvar 2018 09:30
6 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Moskvada Kreml səması üzərində “uçan boşqab” olduğu ehtimal olunan səma cismi görünüb.

Teleqraf.com esoreiter.ru-ya istinadən xəbər verir ki, şahidlər uçan naməlum obyekti (UNO) nəinki öz gözləri ilə müşahidə ediblər, hətta onu videoya çəkməyə də müvəffəq olublar.

“Aşağıda təqdim olunan videoda öz gözlərinizlə işıqlı, qəribə UNO-nu görə bilərsiniz. Bu nə ola bilərdi? Bəlkə Rusiya Federasiyası Prezidentinin iqamətgahını qeyri-yer sivilizasiyasının nümayəndələri ziyarət edir? Bəlkə də Moskvanın mərkəzindəki istehkamın mühafizəsi üçün hərbçilər futurustik uçan aparatlar hazırlayıb?” suallarına tanınmış ufoloq belə cavab verib:

“Bu rolik bir daha sübut edir ki, insanlar Kainatda mövcud olan yeganə şüurlu varlıq deyil. Yadplanetlilər, görünür, bizim planetimizə öz yüksək texnologiyalı kosmik gəmiləri ilə çoxdan gedib-gəlirlər. Bu o deməkdir ki, onların sivilizasiyası daha çox inkişaf edib, nəinki bizim…”


Müəllif: Səxavət