13 Yanvar 13:54
709

İranın hərəkətlərinə son qoyulması üçün ciddi addımlar atılmalı, bu ölkə cəzalandırılmalıdır.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanı liderliyində qurulan koalisiyanın nümayəndəsi Türki əl-Maliki bu bəyanatla çıxış edib.

Türki əl-Maliki bildirib ki, husilərin Necran kəndinə atdığı ballistik raket İranın Səudiyyənin təhlükəsizliyini və sabitliyini təhdid etmək üçün husilərə verdiyi dəstəyin göstəricisidir.

Atılan raketin Səudiyyə Ərəbistanı tərəfindən zərərləşdirildiyini xatırladan Maliki mülki insanların hədəfə alınmasını pisləyib, bunu İran dəstəkli husilərin düşməncəsinə hərəkəti adlandırıb.

Bu addımların BMT-nin 2216 və 2231 saylı qərarları ilə açıq ziddiyyət daşıdığını deyən Maliki mülki əhalinin hədəfə alınmasını insan haqlarına hörmətsizlik hesab edib.

Beynəlxalq cəmiyyətə müraciət edən Türki əl-Maliki cinayətkar təşkilatlara raket və silah dəstəyi göstərən İranın hərəkətlərinə son vermək və onu cəzalandırmağın vaxtı çatdığını xatırladıb.

Səudiyyə Ərəbistanın Əl-Ərəbiyyə televiziyası dünən xəbər yayıb ki, husilər Necran yaşayış ərazisinə raket atıb. Lakin Səudiyyə Ərəbistanının hava müdafiə sistemi raketi göydə zərərləşdirib.


Müəllif: Cavad