13 Yanvar 16:39

BBC tele-kanalı özünün hazırladığı sənədli filmdə İkinci Dünya Müharibəsi zamanı kral ailəsinin taclarda istifadə olunan qiymətli daşları necə gizlətdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İngiltərə Kraliçası II Yelizaveta da o zaman atası, 6-cı Georginin yaqut, almaz kimi qiymətli daşları harada saxladığını bilmədiyini deyib.

Daşların saxlanma yeri barədə məlumatlara isə kral ailəsinin kitabxanaçısının Georginin anası, kraliça Meri ilə məktublaşmasında rast gəlinir.

Sən demə, Vindzor Sarayının altında iki bölməli zirzəmi qazılıb və poladdan qapı qoyulub. Taclarda istifadə olunan qiymətli daşlar bir biskivit qutusunda həmin zirzəmilərdən birində gizlədilib.

Bu zirzəmiyə açılan gizli qapılar isə hələ də mövcuddur.


Müəllif: Cabbar
Загрузка...