14 Yanvar 2018 11:54
4 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri tərəfindən borbo beretlilərin tanıtım videosu hazırlanıb.

Teleqraf.com xarici mediaya istiadla xəbər verir ki, videoda diqqət çəkən məqam xüsusi təyinatlıların işlətdiyi və TSK-ya yenicə daxil olan pilotsuz uçuş aparatıdır.

Uzunluğu 10 santimetr, eni isə 2,5 sm olan bu aparatın çəkisi 18 qramdır. "Eşşək arısı" ləqəbi almış aparatın üzərində 3 kamera var və 25 dəqiqə havada qalma gücünə malikdir.

Aparat terrorçularla mübarizədə çox əhəmiyyətli rol oynayır.

2010-cu ildə norveçli alim Proks Dinamiks tərəfindən hazırlanıb və ABŞ tərəfindən 2016-cı ildə 134 milyon dollara alınıb. Saatda 12 kilometr uça bilən bu aparatdan bugünədək 500 ədədi istehsal olunub. Rəsmi satış qiyməti 195 min ABŞ dollarıdır.


Müəllif: Samir