14 Yanvar 17:28
375

ABŞ Prezidenti Donald Trampın Afrika və ərəb ölkələrindən gələn şəxsləri "yrənc insanlar" və "dəlikdən çıxanlar" adlandırmasına sosial şəbəkədə də sərt reaksiyalar gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransanın sabiq mədəniyyət naziri və Ərəb Dünyası İnstitutunun rəhbəri Jak Lanq da bunlardan biri olub.

O, Trampı "iyrənc lider" adlandırıb: "Tramp hər gün kimisə təhqir edir və bu qəbuledilməzdir. O, irqçidir və iyrənc liderdir".


Müəllif: Samir