14 Yanvar 2018 14:28
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti sosial şəbəkələrlə bağlı daha bir qadağanı aradan qaldırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu gündən etibarən iranlılar "Teleqram" sosial şəbəkəsindən istifadə etməyə başlayıb.

Qeyd edək ki, dekabrın 26-dan ölkədə başlayan hökumət əleyhinə etiraz aksiyalarına görə Tehran rejimi sosial şəbəkələrdən istifadəni qadağan etmişdi.

Bir müddət əvvəl "Teleqram"a giriş bərpa olunsa da, sonradan Tehran hökuməti bu qərarı ləğv etmişdi.


Müəllif: Samir