14 Yanvar 19:13
412

13:50

Peruda zəlzələ olub.

Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, Perunun Puquyo əyalətinin 150 kilometrliyində 7.3 bal gücündə baş verib.

Zəlzələ nəticəsində bir nəfər ölüb, 20-yə yaxın insan xəsarət alıb.

Dağıntılarla bağlı məlumat verilməyib.

Daha sonra Peru sahilləri 0,3 metrdən 1 metrə qədər hündürlükdə sunami təhlükəsi ilə üzləşib.

***

19:13

Peruda baş vermiş zəlzələ zamanı 2 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Peru21" mülki müdafiə qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki şəxs Arekip vilayətinin sakinləridir. Bundan əlavə, Arekip, Ayakuço və İke vilayətlərində 65 nəfər təbii hadisə zamanı xəsarət alıb.


Müəllif: Teleqraf.com