15 Yanvar 2018 13:07
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:12

Rusiyanın Perm bölgəsində iki silahlı şəxs məktəb binasına hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Motovilixin rayonunun 127 saylı məktəbinin direktoru məlumat verib.

Şahidlərin sözlərinə görə, hadisə zamanı bir neçə atəş səsi eşidilib. İlkin ehtimallara görə, olay nəticəsində direktor və 4-cü sinif şagirdləri xəsarət alıb. Onlar hazırda silahlılar tərəfindən məktəbdə girov saxlanılır.

Digər şagirdlər isə təhlükəsizlik qüvvələri tərəfindən evakuasiya edilib. Hücum edən şəxslərdən biri saxlanılıb.

“Mash” telekanalının məlumatına görə, hücum zamanı azı 8 nəfər yaralanıb. Hücum edən şəxslər isə məktəbin yuxarı sinif şagirdləridir.

***

11:51

Məktəblilərə bıçaqla hücum edən caninin saxlanılma anı ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

***

12:04

Rusiyanın Perm bölgəsinin orta məktəbində baş verən insident zamanı 13 məktəbli və bir müəllim yaralanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin Perm vilayəti üzrə nümayəndəsi İrina Neznamova məlumat verib.

O, hadisənin təfərrüatlarını da açıqlayıb. İrinanın sözlərinə görə, insident məktəbin məzunlarından biri ilə hazırda burada təhsil alan şağird arasında baş verib:

“Onlar biri-birlərinə bıçaq zərbəsi vurublar. Daha sonra isə onları ayırmaq istəyən 11 şagird və 1 müəllim də xəsarət alıb. İnsidentin hansı səbəbdən baş verməsi məlum deyil”.

***

Rusiyanın Perm bölgəsindəki 127 saylı məktəbdə baş verən insident zamanı yaralıların sayı 15-ə çatıb.

Bununla bağlı Perm Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, onlardan 12-si xəstəxanaya yerləşdirilib.


Müəllif: Samir