15 Yanvar 2018 18:44
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə əsilli ofisiant Mahmud Yılmaz ABŞ mediasında gündəm olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Pensilvaniya ştatının Pittsburq şəhərində yerləşən "Milano" restoranında müştəri qadınla dalaşıb.

41 yaşlı Yılmaz restoranı tərk etmək istəməyən Ceyd Martinin boğazından tutub və ona kəllə vurub.

Olaydan sonra Yılmaz həbs edilib. O, yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.


Müəllif: Samir