15 Yanvar 2018 16:04
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Xristian Birlik Partiyası ilə Sosial Demokratlar partiyası (SPD) arasında koalisiya müzakirələrindən razılaşma əldə olunsa da, bu, Berlindəki vəziyyəti sakitləşdirməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, SPD görüşdə verilən qərarların yenidən müzakirə edilməsinin vacibliyini bildirib.

Ancaq Xristian Birlik Partiyası qarşı tərəfdən gələn bu tələblə razılaşmır. Bununla bağlı Xristian Birlik partiyasının nümayəndəsi Volker Kauder açıqlama verib.

Onun sözlərinə görə, SPD görüş zamanı bəzi tələblərini qəbul etdirə bilməyib. Buna görə də koalisiya danışıqlarını pozmağa çalışır.


Müəllif: Samir