15 Yanvar 2018 16:12
3 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri ən qısa zamanda Afrin əməliyyatına başlayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Afrindən sonra növbəti hədəf Münbiç olacaq:

"Hazırlıqlar bitib. Hərəkat hər an başlaya bilər. Sərhədimiz boyunca 30 min silahlı da daxil olmaqla bütün terrorçuları məhv edənə qədər əməliyyat davam edəcək".

Ərdoğan ABŞ-ın Suriyada PKK silahlılarından yeni ordu qurması məsələsinə də münasibət bildirib:

"İndi ABŞ sərhədimizdə terror ordusu qurur. Bizim əsas məqsədimiz bu terror ordusunu doğulmadan boğmaqdır. 30 minlik orduya 4800 TIR dolu silah göndərib. Nə göndərirsənsə, göndər. O 30 minlik ordunu məhv edəcəyik. Rüsvay olacaqsız".


Müəllif: Samir