15 Yanvar 2018 19:48
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton metrosunda "qırmız" xəttlə hərəkət edən qatarın relslərdən çıxması nəticəsində qəza baş verib.

Teleqraf.com xəbər verir ki, relslərdən çıxan qatarda 60-a yaxın sərnişin olub.

Qəza yerində hazırda fövqəladə xidmət qüvvələri işləyir.

Hadisədən sonra sərnişinlər təxliyə edilib.


Müəllif: Teleqraf.com