16 Yanvar 2018 01:42
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrin əməliyyatından əvvəl Türkiyə Silahlı Qüvvələri Suriya sərhəddindəki birliklərə tank və zirehli texnika göndərməyə davam edir.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İraq sərhədindən keçərək Suriya sərhədindəki qüvvələrə göndərilən tank və digər zirehli texnika karvanı Türkiyənin Şanlıurfa şəhərinə çatıb.

Hərbi karvanın Suriya sərhəddinə ətrafda yaşayan mülki şəxslərə dəstək məqsədilə göndərildiyi bildirilir.

Dünən gecə Türkiyə Silahlı Qüvvələrinin artilleriya qoşunları Hassa və Qırıqxandan Afrinin Basufan, Cindərə, Məməlan, Məskənli və Raco bölgələrinə ən azı 40 dəfə atəş açıb.


Müəllif: Kəmalə