16 Yanvar 2018 10:03
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Hərbi Komitəsinin Baş Qərargah Rəislərinin iclası Brüsseldə keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iclasda iştirak məqsədi ilə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Hulusi Akar Brüsselə səfər edib.

İclasda NATO ölkələrində təhlükəsizlik məsələləri, eləcə də ABŞ-ın PKK terror təşkilatına dəstəyi müzakirə ediləcək.

Hulusi Akar Afrin əməliyyatı ilə bağlı son vəziyyəti NATO generalları ilə paylaşacaq.


Müəllif: Samir