16 Yanvar 2018 13:02
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi bağdad Şimali İraq Kürd Muxtariyyəti ilə müstəqillik referendumundan sonra yaranan böhranın həlli üçün Ərbildə aparılan müzakirələrin müsbət şəraitdə keçidiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İraq hökuməti tərəfindən verilən açıqlamada görüş zamanı təhlükəsizlik, muxtariyyətin sərhədləri, neft sahələri, su anbarları və hava limanlarına nəzarətlə bağlı məsələlərin müzakirə edildiyi açıqlanıb.

Şimali İraq Kürd Muxtariyyətinə yaxın olan Rudav saytı isə xəbər yayıb ki, İraq hökuməti və kürd rəsmilər Ərbil və Süleymaniyyədə yerləşən hava limanlarına birgə nəzarət etmək haqda razılığa gəlib.

Xatırladaq ki, Şimali İraq Kürd Muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirib və bundan sonra İraq mərkəzi hökuməti ilə muxtariyyət arasında münasibətlər gərginləşib. Oktyabrda isə İraq ordusu hərbi əməliyyatlara başlayaraq Kərkükdən kürd peşmərgəni çıxarıb, ərazidəki neft sahələrini ələ keçirib.


Müəllif: Cavad