16 Yanvar 2018 13:28
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda prezidentliyə iddialılar arasında yeni şəxslər də var.

Teleqraf.com xəbər verir ki, “Jamanak” qəzeti yeni prezidentin sürpriz şəxs olacağı ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, hakim Respublikaçılar Partiyası Ermənistanın Böyük Britaniya və İrlandiyadakı səfiri Armen Sərkisyanın namizədliyini irəli sürməyə hazırlaşır.

Nəşrin iddialarına görə, Armen Sərkisyan prezidentlik üçün lazım olan bütün tələblərə cavab verir.

Qeyd edək ki, Ermənistanda prezident seçkisi martın 2-də baş tutacaq.


Müəllif: Samir