16 Yanvar 2018 14:22
2 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyada “yeni ordu” qurma planları bu ölkədəki böhranı dərinləşdirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib:

“Bu addım ABŞ-ın Suriyanın daxili işlərinə açıq şəkildə müdaxiləsi deməkdir və bölgədəki vəziyyətin gərginləşməsinə yönəlib”.

Qeyd edək ki, ABŞ Suriyanın Türkiyə ilə sərhədində PKK-nın Suriya qolu YPG silahlılarından 30 minlik yeni ordu qurmaq niyyətini açıqlayıb.


Müəllif: Samir