16 Yanvar 2018 17:29
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp yenidən öz diqqətsizliyi ilə dünya mediasının tənqidinə tuş gəlib.

Teleqraf.com xəbər verir ki, prezident Floridada ona məxsus olan Mar-a-Lago qolf klubundan çıxıb təyyarəyə minərkən xanımı Melaniya və oğlu Bannonla birgə yağışa düşüb. Bu zaman prezident ona verilən çətiri ancaq öz başı üzərinə qaldırıb, oğlu və xanımı isə yağışın altında çətirsiz addımlamalı olublar.

Nüfuzlu “Daily Mail” qəzeti Trampın bu hərəkətini “Nə qədər centlemen” başlıqlı ilə şərh edib.

Qeyd edək ki, prezident Florida ştatından Ağ Evə qayıdarkən ABŞ Hava Qüvvələrinə məxsus Air Force One təyyarəsindən istifadə edib.

ABŞ içtimaiyyəti də prezidentin bu hərəkəti ilə bağlı maraqlı mövqe sərgiləyib. Amerikalılar sosial şəbəkələrdə Prezident Trampın oğlu və xanımı əvəzinə, saçlarını yağışdan qorumağı üstün tutduğunu vurğulayıblar.


Müəllif: Cavad