16 Yanvar 2018 21:59
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

45 yaşlı qadın kabusla ailə həyatı qurub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Böyük Britaniyada baş verib.

İdeal ər axtarmaqdan yorulan Amanda Tiq 300 yaşlı pirat Cekin kabusu ilə ailə həyatı qurub.

Toy mərasimində qadının dostları və yaxınları iştirak edib.

Mərasim İrlandiya yaxınlığında gəmidə keçirilib. Qadın deyib ki, ərinin ölü olması onu heç də narahat etmir:

“Mən onunla 2014-cü ildə tanış olmuşam. Yatağımda uzandığımda yanımda gözəgörünməz varlığın olduğunu hiss etdim. Onunla tanış oldum. Çox ideal ər olacağına inanıram”.


Müəllif: Samir