16 Yanvar 2018 21:15
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Jeans Stoltenberqlə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, görüşdə Ərdoğan ABŞ-ın Suriyada 30 minlik YPG ordusu yaratması planı ilə bağlı narahatlığını baş katibə çatdırıb.

"Belə bir durum Türkiyə üçün qəbuledilməzdir. Bu, Suriyanın birliyinə və sabitliyinə xidmət etməyən addımdır. Bəzi müttəfiqlərin terrorçularla əməkdaşlıq etmələri anlaşılan deyil. Türkiyə milli maraqlarının təmin edilməsi üçün əlindən gələni edəcək", deyə Ərdoğan bildirib.

Stoltenberq isə qeyd edib ki, Türkiyənin özünü terror hücumlarından qoruması təbii haqqıdır: "Suriyanın cənubunda qeyd olunan ordunun yaradılması ilə bağlı mənimlə heç bir müzakirə aparılmayıb".


Müəllif: Ayxan