16 Yanvar 2018 21:28
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Afrindəki PKK/PYD ünsürlərini dəstəkləmədiklərini və onları İŞİD-ə qarşı mübarizə əməliyyatlarında tərəfdaş kimi görmədiklərini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Pentaqon sözçüsü Adrian Rankine Gallovay PKK/PYD güclərilə NATO-nun heç bir əlaqəsinin olmadığını qeyd edib.

ABŞ-ın Afrin bölgəsilə bağlı heç bir planının olmadığını deyən Gallovay Suriya Demokratik Güclərindən başqa heç bir qruplaşmaya təlim keçmədiklərini bəyan edib: "Dəstəklədiyimiz qruplar İŞİD-ə qarşı mübarizədə iştirak edirlər".


Müəllif: Ayxan