16 Yanvar 2018 22:49
4 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində Erol adlı şəxs qonşusunun 10 yaşlı qızına təcavüz edib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Buca ilçəsində yaşadıqları binanın girişində 60 yaşlarında kişi təcavüzə məruz qoyduğu qızın atasın tərəfindən qətlə yetirilib.

Təcavüzkar kamera görüntülərini sildirmək istəsə də, binanın mühafizəçisi onun sözünə əməl etməyib və görüntüləri qızın valideyninə göstərib. Ata mətbəx bıçağı ilə qonşusunu evində qətlə yetirərək polisə təslim olub.

O, polisə ifadəsində Erolu öldürmək niyyətinin olmadığını, lakin ona hücum çəkdiyi üçün vurduğunu bildirib.

Məhkəmənin hökmü ilə azyaşlının atası cəmi iki il azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazılıq edən olmayıb.


Müəllif: Kəmalə