16 Yanvar 2018 23:59
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə Husilərin nəzarət etdiyi ərazidən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.

Teleqraf.com xəbər verir ki, raket Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələrinə aid hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Bu günə qədər Yəməndən Səudiyyə Ərəbistanına bir neçə dəfə raket atılsa da onlar havada zərərsizləşdirilib.

Yəməndə dövlət çevrilişi edən Husilər 2014-cü ildən bəri paytaxt Sana və bir neçə şəhəri nəzarətində saxlayır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən bəri Husilərə qarşı mübarizə aparan mərkəzi hökumətə dəstək verir.


Müəllif: Ayxan