17 Yanvar 2018 09:17
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:26

BMT baş katibi Antonio Quterres ABŞ-ın Suriyada yaratmaq istədiyi 30 minlik PYD ordusunu nəzərdə tutaraq qeyd edib ki, Suriya öz problemini özü həll etsə daha yaxşı olar.

Teleqraf.com xəbər verir ki, Quterres Suriya münaqişəsinin hərb yolu ilə həllinin mümkünsüz olduğunu bildirib: "Dünya dövlətləri, beynəlxalq ictimaiyyət Suriya münaqişəsinin dinc yolla həlli üçün əlindən gələni etməlidir".

***

BMT-nin bu il üçün prioritütlərini açıqlayan Antonio Quterreş təşkilatın fəaliyyətinin 12 əsas istiqaməti barədə danışıb.

Teleqraf.com xəbər verir ki, BMT baş katibi əsas problemlərin Yaxın Şərqdəki münaqişələr, eləcə də Avropa ölkələrindəki "dondurulmuş" münaqişələr olduğunu bildirib. O, habelə Myanma və Banqladeşdəki problemlərin, Koreya yarımadasında yarnamıç siyasi böhranın həllini vacib saydığını vurğulayıb.

Antonio Quterreş Normand formatını və Ukrayna üzrə üçtərəfli işçi qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və Dnestryanı üzrə prosesini canlandırmaq lazım olduğunu da vurğulayıb.


Müəllif: Ayxan