17 Yanvar 2018 17:14
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG silahlıları Türkiyənin Afrin əməliyyatı planlarının qarşısını almaq üçün yeni addımlar atmaqdadır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçular digər bölgələrdəki silahlılarını 400 zirehli avtomobillə Münbiçə göndərib.

Bölgəyə gələn silahlılar 2 hissəyə ayrılıb. Birinci hissə Fərat Qalxanı Hərəkatının keçirildiyi bölgə ilə sərhədə göndərilib. Digəri isə Münbiçin Silo vilayətinə yerləşdirilib.

Onların qısa müddət sonra Afrinə gedəcəyi bildirilib.


Müəllif: Samir