17 Yanvar 2018 16:07
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovada GI SPD-nin lideri Oliver İvanoviç səhər saatlarında ölüdürülb.

Teleqraf.com xəbər verir ki, Oliver İvanoviç Şimali Mitroviçtadakı ofisinin qarşısında silahlı hücuma məruz qalıb və öldürülüb. Ona hücum təşkil edənlər hadisə yerindən qaçıb.

Şəhər xəstəxanasına çatdırılan Azadlıq, Demokratiya və Ədalət Xalq İnstitutunun liderini xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsindən sonra Kosova hökuməti Oliver İvanoviçin öldürülməsini pisləyib. Hökumət bəyan edib ki, İvanoviç öldürülməsi ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq məqsədilə həyata keçirilib.

Qeyd edək ki, 64 yaşı olan İvanoviç serblərin çoxluq təşkil etdiyi şimal bölgələrində əhəmiyyətli siyasi xadim olaraq tanınırdı.


Müəllif: Cavad