17 Yanvar 2018 19:22
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı mətbuat konfransının keçirildiyi Oval sarayından uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, Donald Trampla Qazaxıstan prezident Nursultan Nazarbayevin birgə mətbuat konfransında jurnalistin sualı Trampın xoşuna gəlməyib.

CNN müxbiri Cim Akosta ABŞ prezidentinə belə bir sual ünvanlayıb: “ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?”

Donald Tramp suala “Mən onların hər yerdən gəlməsini istəyirəm”, deyə cavab verib. Cim Akosta növbəti sualı vermək istəyəndə Tramp barmağı ilə işarə edərək “Buranı tərk et” deyib.

C.Akosta “Twitter” hesabında bu haqda belə yazıb: “Üzümə bağırıb sualımı verməyə qoymamağa çalışdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”.

Ağ ev administrasiyası məsələyə münasibət bildirməyib.


Müəllif: Teleqraf.com