17 Yanvar 2018 23:25
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın enerji şirkəti “Naftoqaz” bu ildən Rusiyadan təbii qaz almağa başlayacağını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Naftoqaz” rəhbəri Andrey Kobolev Ukraynanın Rusiyanın “Qazprom” enerji şirkətindən, o cümlədən Avropadan münasib qiymətə təbii qaz alacağını bildirib.

O, Rusiyadan bu ildən etibarən ən azı 4-5 milyard kubmetr təbii qaz almaq məcburiyyətində olduqlarını söyləyib: “”Qazprom”un bizə Avropa qiymətlərindən aşağı ildə 5 milyard kubmetr təbii qaz satmasının mənfi tərəfi olduğunu düşünmürük. Bu, həm istehlakçı, həm də şirkət üçün sərfəlidir”.

Kobolev Ukraynanın Avropadan təbii qaz idxalını davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, “Naftoqaz” 2015-ci ilin sonundan etibarən Rusiyadan təbii qaz idxalını dayandırmışdı. Bir müddət öncə isə Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın münasib qiymət təklif edəcəyi təqdirdə təbii qazın idxalına yenidən başlaya biləcəklərini söyləmişdi.


Müəllif: Kəmalə