17 Yanvar 2018 23:49
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 25-26-da BMT-nin Vyana ofisində Suriya münaqişəsilə bağlı xüsusi toplantı keçiriləcək.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Bəşər Əsəd hökumətinin rəsmi nümayəndələrinə və suriyalı müxalifətçilərin təsis etdiyi Ali Müzakirə Komitəsinə görüşlə bağlı dəvətnamələr göndərib.

Staffan de Misturanın fikrincə, beynəlxalq güclərin Suriya mövzusundakı siyasi təşəbbüsləri BMT-nin Suriya ilə bağlı danışıqlar prosesini dəstəkləməli və 2254 saylı qətnamənin icrasına kömək etməlidir.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Cenevrədə ötən ilin noyabrın 28-də başlanan və dekabrın 14-də başa çatan Suriya mövzusunda 8 dəfə keçirilən görüşlərin nəticəsiz qaldığını xatırladıb: “Bacara bilmədik. Qızıl fürsət qaçırıldı. Görüşlərdə uğur əldə edilmədi”.

O, aparılan nəticəsiz müzakirələrə rəğmən danışıqların növbəti mərhələsinin yanvarda keçiriləcəyini bildirib.


Müəllif: Kəmalə