18 Yanvar 2018 12:40
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan 5 min kilometr mənzilə sahib Aqni-V ballistik raketini sınaqdan keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çin və Rusiyanı vura biləcək raket Əbdülkəlam adasından buraxılıb.

Bununla bağlı Hindistan Müdafiə naziri Nirmala Sitharaman məlumat verib. O, sınağın uğurlu olub-olmadığı sualını isə cavablandırmayıb.

Yerli media bu sınağın Pakistana göz dağı vermək üçün həyata keçirildiyini iddia edib.

Qeyd edək ki, Hindistan dünyada uzaqmənzilli raketə sahib 6 ölkədən biridir.


Müəllif: Samir