19 Yanvar 2018 08:19
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutub video hostinq platformasının administrasiyası vicdansız bloggerlər barəsində yürüdülən siyasəti sərtləşdirməyi planlaşdırır. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Teleqraf.com "İctnyus"a istinadən xəbər verir ki, yeni qaydalar, əsasən, dərc edilən məzmundan əldə olunan pula qarşı qoyulmuş tələblərə təsir göstərəcək. Məsələn, bloqer əməkdaşlıq proqramına onun kanalının baxış sayı son 12 ayda 4 min saat və ən azı 1000 abunəçisi olduğu halda qoşula biləcək. Bu tədbirlər vicdansız bloggerlərin pul qazanaraq video hostinqin başqa istifadəçilərinin gəlirlərinə müdaxilə etməsinin qarşısını alacaq.

Yeni qaydaların 20 fevral tarixindən qüvvəyə minəcəyi gözlənilir. Bu, çoxlu sayda kanalın işinə təsir edəcək.


Müəllif: Teleqraf.com