19 Yanvar 2018 12:48
1 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dünən gecə buz kimi suda çimib.

Teleqraf.com xəbər verir ki, o, Rusiyada qeyd edilən İsa Peyğəmbərin vəftiz edilməsi günündə mənfi 7 dərəcəni göstərən buz kimi suya girərək yaxalanıb.

Putin bununla rəqiblərinə sağlam olduğu mesajını verib.

Qeyd edək ki, bu ilin martına planlaşdırılan prezident seçkiləri ərəfəsində 65 yaşlı Vladimir Putinin sağmallığında problem olduğu söz-söhbətləri yayılıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin illərdir vəftiz gecəsi dini rituallara əməl edərək buz kimi suda çimir. Sadəcə əvvəlki illərdə bununla bağlı görüntülər ictimaiyyətə paylaşılmayıb.


Müəllif: Cavad