19 Yanvar 2018 17:36
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə milyarder iş adamı sürət həddini aşdığına görə 320 min dollar cərimə edilib.

Teleqraf.com xəbər verir ki, isveçrəli biznesmen Ernesto Bertarelli avtomobilini saatda 50 kilomer sürətlə sürməli olduğu yolda saatda 80-90-la idarə edib.

Bu səbəbdən də yol polisi onu cərimələyib. İsveçrə qanunlarına görə, cərimə hər bir şəxsin sərvətinə uyğun kəsilir. Bu səbəbdən biznesmen 310 min frank (320 min dollar) cərimə edilib.

Ernesto Bertarellinin 16 milyard dollarlıq sərvəti var.


Müəllif: Cavad