20 Yanvar 2018 00:43
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüds şəhərindəki Əl-Aqsa məscidində namaz qılan 6 Türkiyə vətəndaşı İsrail polisi tərəfindən saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, cümə namazından dərhal sonra saxlanan türkiyəli vətəndaşlar David polis bölməsinə aparılıb. İsrail polisi faktı təsdiq etsə də, Türkiyə vətəndaşlarının saxlanma səbəbi barədə hər hansı açıqlama verməyib.

Türkiyənin Təl-Əvivdəki səfirliyi və Qüdsdəki baş konsulluğu məsələ ilə bağlı araşdırmaya başlayıb.


Müəllif: Kəmalə