20 Yanvar 2018 08:42
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin planlaşdırılan Afrin əməliyyatından əvvəl Qəhrəmanmaraşda NATO-nun hava hücumundan müdafiə sistemləri Suriyadan gələ biləcək mümkün təhdidlərə qarşı hazır vəziyyətə gətirilib.

Teleqraf.com xəbər verir ki, 2016-ci ildə İtaliyadan dəniz yolu ilə İsgəndərun limanına gətirilən və Kahramanmaraşda qurulan hava müdafiə sistemləri sərhəd təhlükəsizlik tədbirləri çərçivəsində hərəkətə keçib.

Afrin əməliyyatı öncəsi lazımi texniki təczihatı aparılan sistemlərin mümkün təhlükəni dərhal dəfetmə gücünə malik olduğu vurğulanır.

İtaliya Silahlı Qüvvələrinin Əməliyyat komandanının müavini general Nikola Lanza de Kristoforis dünən Kahramanmaraşa gələrək hava hücumundan müdafiə sistemlərinə baxış keçirib.


Müəllif: Kəmalə