20 Yanvar 2018 10:48
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara tərəfi ABŞ-ın Suriya-Türkiyə sərhədinə 1000 PKK silahlısı göndərdiyi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu informasiyaya ABŞ-dan cavab gecikməyib.

Məsələ ilə bağlı Pentaqonun sözçüsü Adrian Rankin Qollovey açıqlama verib.

O bildirib ki, PYD silahlılarına ABŞ rəhbərlik etmir: “Buna görə deyə bilərəm ki, biz ora silahlı dəstə göndərməmişik”.

Qolloveyin açıqlama zamanı Suriya Demokratik Qüvvələri əvəzinə PYD silahlıları deməsi diqqət çəkib.


Müəllif: Samir