20 Yanvar 2018 11:57
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun 170 əsgərinin Suriyadakı Afrin bölgəsini tərk etməsi məlumatını rəsmi Moskva təkzib edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.

O, bu məlumatın həqiqəti əks etdirmədiyini deyib.

Xəbəri Türkiyənin “Anadolu” agentliyi yaymışdı.


Müəllif: Samir