20 Yanvar 2018 15:02
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya bir neçə gün öncə Cənubi Koreya ilə əldə olunan razılaşmanı pozub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Cənubi Koreyanın Birləşmə naziri Ço Men Qyun deyib.

Nazir bildirib ki, Pxenyanda əldə edilmiş razılaşmaya görə, Şimali Koreya Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək orkestri təlim üçün Seula göndərməli idi:

“Ancaq onlar fikrindən vaz keçib. Bunun üçün açıqlama gözləyirik. Bu addımın səbəbini bilmirik”.


Müəllif: Samir