20 Yanvar 2018 13:16
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Dəniz Akademiyasının Sankt Peterburq şəhərindəki Petro Velikov adına korpusunda güclü yanğın baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yanğın qısa müddətdə bütün binanı əhatə edib.

Yanğının söndürülməsinə 22 texnika, 110 yanğınsöndürən qoşulub.

Xəsarət alan olmayıb. Yanğının 4-cü mərtəbədəki qısa qapanma səbəbindən baş verdiyi iddia edilir.


Müəllif: Samir