20 Yanvar 2018 20:14
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Canlı bomba hesab edilən suriyalı qız qaçırılan bacısının yanına getmək üçün bu addımı atıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Adana şəhərində məscid qarşısında üzünü şərflə örtüb, bel çantasıyla yol kənarında şübhəli hərəkətlər edən 20 yaşlı suriyalı gənc qız polis tərəfindən saxlanıb.

Gənc qız eyni bölgədə qaçırılan bacısını xilas etmək üçün özünün də qaçırılmasını gözlədiyini bildirib: “ Yanıma bir neçə parça əşya yığmışam. Bacımı qaçıranlar tanımasınlar deyə üzümü gizlətdim ki, bəlkə məni də qaçırırlar. Bacımın yanına gedərəm deyə düşündüm. Onu üçün çox darıxdım. Onu xilas etmək istəyirəm".


Müəllif: Sara