20 Yanvar 2018 17:34
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zellandiyanın Baş naziri Jasinda Ardern ana olmağa hazırlaşır.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 37 yaşlı baş nazir hamilə olması barədə xəbəri jurnalistlərə özü deyib.

O açıqlamasında: “Baş nazir və ana olacağam” ifadəsini işlədib.

O, qeyd edib ki, doğumdan sonra 6 həftəlik məzuniyyətə çıxacaq:

“Sonra yenidən vəzifəmə qayıdacağam. Bu müddət ərzində məni müavinim əvəzləyəcək”.

Jasinda Ardern aparıcı Klark Geyford ilə ailəlidir.


Müəllif: Cəmilə